Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • «Arsaq» adının işlədilməsi ermənilərin tarixi aspektdə bizə qarşı informasiya hücumudur
  • “İPƏK YOLU”nun QURBANI OLAN LİVİYA… – ABŞ-Çin savaşı dünyanın hər yerində şiddətlənir- ARAŞDIRMA
  • 2019-cu il: Dünyada nələr oldu - “Venesuela baharı”ndan "İran payızı"na qədər - Təhlil
  • TÜRKİYƏ VƏ RUSİYANIN LİVİYA SAVAŞI - Şahin Cəfərlidən təhlil

    • Tarix: 17-06-2020, 18:55


    Şahin Cəfərli,
    politoloq
     
    Liviyada yaranmış vəziyyət son həftələr öz aktuallığına görə Suriya müharibəsini də kölgədə qoyub. COVİD-19 kimi qlobal miqyaslı problem və onun bütün dünyada yaratdığı iqtisadi çöküş, ABŞ-da Сorc Floydun qətlindən sonra baş verən hadisələrlə birlikdə Liviya məsələsi bu gün dünya gündəminin üst sıralarında yer alır.
    Orada münaqişəyə cəlb olunmuş ölkələrdən biri Türkiyə olduğundan mövzu Azərbaycanda xüsusi maraq doğurur. 

    Liviyada Türkiyənin rəqabət etdiyi, hətta dolayı olaraq savaşdığı ölkələrdən birinin Rusiya olması isə bu marağı daha da artıran amildir.
    Bu səbəbdən biz Şimali Afrika regionu və onunla əlaqəli olan Aralıq dənizinin şərqindəki geosiyasi mübarizəni, tərəflərin nəyə nail olmaq istədiyini, Liviyada hansı maraqları güddüyünü bu yazıda araşdırmağa çalışmışıq. 

    Qısa tarixi arayış: 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada vahid hökumət və mərkəzləşdirilmiş idarəçilik yaratmaq mümkün olmayıb, nəticədə ölkə ayrı-ayrı silahlı qrupların və qəbilələrin hökmranlıq etdiyi hissələrə bölünüb, sonra onların arasında silahlı toqquşmalar başlayıb. Hazırda ölkənin qərbində – paytaxt Tripoli və ətrafında hakimiyyət Milli Razılıq Hökumətinə (MRH), şərqində isə Liviya Nümayəndələr Palatasına (LNP) məxsusdur.
    Tobruk şəhərində yerləşdiyi üçün Tobruk hökuməti də adlandırılan LNP-ni marşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu (LMO) dəstəkləyir. MRH 2015-ci ildə Liviyadakı müxtəlif qruplar arasında BMT-nin vasitəçiliyi ilə aparılan danışıqların yekununda – həmin il dekabrın 17-də Mərakeşin Şirat şəhərində imzalanmış saziş əsasında yaradılıb. Bu səbəblə, MRH Liviyanın legitim hökuməti kimi tanınır və hökumətə Faiz Sərrac rəhbərlik edir. LNP əvvəlcə bu hökuməti qəbul etsə də, qısa müddət sonra onu tanımadığını elan edib. O vaxtdan bəri ölkədə ikihakimiyyətlilik bərqərar olub.
    2017-ci ilin mayında Abu-Dabi şəhərində və iyulunda Parisdə MRH rəhbəri Faiz Sərrac və LMO komandanı Xəlifə Haftar arasında problemin siyasi yolla həlli üçün razılaşmalar əldə edilsə də, bunları indiyədək icra etmək mümkün olmayıb. 2019-сu ilin aprelində Haftar terrorçu adlandırdığı Sərrac hökumətini devirmək üçün Tripoli üzərinə hücuma başlayıb, şəhərin cənub hissəsinə qədər irəliləyə bilsə də, öz məqsədinə çata bilməyib. 

    Xarici müdaxilə     

    Milli Razılıq Hökuməti BMT səviyyəsində qanuni hökumət kimi tanınsa da, Tobruk hökuməti və onu təmsil edən Haftar Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İran kimi regional qüvvələr və Rusiya, Fransa kimi qlobal qüvvələr tərəfindən dəstəklənir. Adı çəkilən ərəb ölkələri Haftarı maliyyələşdirir və hərbi texnika ilə təchiz edir, Rusiya isə Vaqner özəl hərbi şirkətinin muzdlu döyüşçülərini Liviyaya göndərməklə, qeyri-rəsmi olaraq müharibənin tərəflərindən birinə çevrilib. 

    Vaqner qruplaşmasına Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (məşhur QRU) keçmiş zabiti Dmitri Utkin rəhbərlik edir və bu qurum “Putinin aşpazı” kimi tanınan, Rusiya prezidentinə yaxın iş adamı Yevgeni Priqojin tərəfindən maliyyələşdirilir. Moskva bu şirkət və onun fəaliyyəti ilə bağlılığını inkar etsə də, Vaqnerin Rusiyanın xarici siyasət məqsədlərinin həyata keçirilməsində istifadə olunduğu sirr deyil. Bu qrupun üzvləri daha əvvəl Ukrayna və Suriyada döyüşüblər.

    MRH isə Fransa istisna olmaqla, Qərb dövlətləri və ittifaqları (ABŞ, NATO, Avropa Birliyi) tərəfindən siyasi səviyyədə dəstəklənir və Türkiyə ilə Qatardan hərbi, maddi yardım alır. 2019-cu il noyabrın 27-də İstanbulda Türkiyə və Liviya hökumətləri arasında təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında saziş imzalanıb və bunun davamı kimi 2020-ci il yanvarın 2-də Türkiyə Böyük Millət Məclisi hökumətə Liviyaya hərbi qüvvə göndərmək üçün icazə verib.
    Türkiyə hökuməti bu anlaşma və parlamentin icazəsinə qədər də Sərrac hökumətinin ayaqda qalması üçün ona qeyri-leqal yolla kömək göstərirdi, rəsmiyyətdən sonra isə açıq şəkildə Liviyada hərbi əməliyyatların gedişinə müdaxilə etdi. Türkiyə hərbi təlimatçılarının MRH silahlı qüvvələrinə hərbi əməliyyatların planlaşdırılması və icrasında verdiyi peşəkar dəstək, eləcə də Türkiyə hərbi dronlarının döyüşlərdə iştirakı və Haftar qüvvələrinə havadan dəqiq zərbələr endirməsi müharibədə Sərrac hökuməti lehinə dönüş yaradıb.

    2020-ci ilin aprelin 28-də Haftar özünü bütün Liviyanın yeganə qanuni rəhbəri elan edərək Şirat anlaşmasından çıxdığını bildirməsindən bir qədər sonra MRH qüvvələri əks-hücum əməliyyatına başlayıb. Əməliyyat nəticəsində LMO Tripoli ətrafından uzaqlaşdırılıb. Şəhərin 130 km cənub-qərbində yerləşən, 2014-cü ildən Haftarın əlində olan və Tripoliyə hücumlarda platsdarm kimi istifadə olunan Vatiyyə aviabazası, paytaxtın 80 km cənubunda yerləşən Tarhuna şəhəri, 180 km cənub-şərqdəki Bəni Vəlid şəhəri və hava limanı, eləcə də qərbdə Misratadan Tunis sərhədinə qədər uzanan zolaq MRH tərəfindən ələ keçirilib. Bununla da Tripoli üzərindəki təhdid aradan qalxıb və hərbi-psixoloji üstünlük tamamilə qanuni hökumətə keçib.

    Türkiyə dronlarının Rusiya istehsalı olan çoxlu sayda Pantsir hava hücumundan müdafiə qurğularını sıradan çıxarması əməliyyatların diqqət çəkən epizodlarından biridir. Haftarın qərb cəbhəsində aldığı sarsıdıcı məğlubiyyətlərdən sonra Rusiya gizli şəkildə Liviyaya hərbi təyyarələr göndərib. Bu barədə ABŞ-ın Afrika komandanlığı dəlil-sübutlar təqdim edib. Misir isə atəşkəs çağırışı ilə çıxış edib. 

    Liviya niyə əhəmiyyətlidir?

    Liviya ən zəngin neft-qaz ehtiyatlarına malik Afrika ölkəsidir və Aralıq dənizi sahilində limanlara malik olması imkan verir ki, bu ehtiyatlar Avropaya asanlıqla nəql edilsin. Münaqişəyə cəlb olunan bütün dövlətlərin enerji maraqları onların Liviyaya diqqətində mühüm rol oynayır. Fərqli və toqquşan maraqlara gəldikdə isə, biz burada ayrı-ayrılıqda bütün aktorların deyil, əsasən Rusiya və Türkiyənin rolundan bəhs edəcəyik.

    Rusiya Orta Şərqdə – Suriyada möhkəmləndikdən sonra öz nüfuzunu Şimali Afrikaya da yaymaq və üç qitənin (Avropa, Asiya, Afrika) əhatəsində yerləşən, bu qitələri birləşdirən dəniz ticarəti yollarının keçdiyi, zəngin enerji ehtiyatlarına malik Aralıq dənizi regionunda söz sahibi olmaq istəyir. Bu siyasətə Rusiyanın imperiya keçmişindən qalan isti dənizlərə çıxmaq strategiyasının davamı kimi baxmaq lazımdır.

    2014-cü ildə Krımın ilhaqı və militarizasiyası ilə Qara dənizdə mövqelərini gücləndirən Rusiya bu siyasətin davamı kimi Aralıq dənizində də möhkəmlənir. Bu iki dəniz Türkiyənin nəzarətində olan boğazlar vasitəsilə birləşir. Bundan başqa, Aralıq dənizini Atlantik okeanı ilə əlaqələndirən Cəbəllütariq boğazının geostrateji əhəmiyyəti də böyükdür.

    Ehtimal olunan NATO-Rusiya müharibəsi ssenarisində Rusiyanın maraqları türk boğazlarını nəzarətə götürməyi və ABŞ-ın Avropanın cənubuna hərbi qüvvə göndərməsinin qarşısını almaq üçün Cəbəllütariqi bağlamağı tələb edir.
    Bu səbəblə, Aralıq dənizində donanma saxlamaq çox vacibdir. (Xatırlatmaq yerinə düşər ki, hələ 1768-1774-cü illər Rus-Türk müharibəsi zamanı Rusiya donanması Balkanların xristian xalqlarının Osmanlıya qarşı üsyanlarına dəstək vermək, onların müstəqil dövlətlər qurmasına yardım etmək və Dardanel boğazı vasitəsilə arxadan Konstantinopola yaxınlaşıb, türkləri təslim olmağa məcbur etmək üçün Aralıq dənizinə ilk ekspedisiyaya çıxıb.)

    Liviyanı əhəmiyyətli edən başqa bir amil odur ki, Afrikadan Avropaya əsas miqrasiya maşrutu buradan keçir. Rusiya bu marşrut üzərində nəzarət əldə edərək qaçqın axınından çox ehtiyatlanan Avropa hökumətləri üzərində təsir imkanı qazanmaq istəyir.

    Türkiyəyə gəldikdə isə, onun da əsas maraqları Aralıq dənizi (xüsusən şərq hissəsi) ilə bağlıdır. Kipr sahillərində (Misir və İsrail akvatoriyasında da həmçinin) böyük təbii qaz ehtiyatları kəşf olunub. Kəşf olunmuş yataqların hansı dövlətin ərazi sularına aid olması, ehtiyatlara sahiblik,  onların istismarı və nəqli məsələsi sahil dövlətləri, əsasən də Türkiyə ilə Yunanıstan arasında mübahisə mövzusudur. Yəni, dəniz sərhədlərinin delimitasiyası və ölkələrin müstəsna iqtisadi zonalarının müəyyən olunması məsələsində ciddi rəqabət və mübahisələr var.

    “Ərəb baharı” nəticəsində 2012-ci ildə Misirdə Türkiyənin iqtidar partiyasının siyasi müttəfiqi Müsəlman qardaşlarının hakimiyyətə gəlməsi Türkiyə hökumətini bu rəqabətdə önə çıxarmışdı, lakin bir il sonra prezident Məhəmməd Mursinin general Əbdülfəttah əl-Sisi tərəfindən devrilməsi və Müsəlman qardaşlarının terror təşkilatı elan olunmasından sonra Yunanıstan və Kipr bu vəziyyətdən, eləcə də İsrail-Türkiyə gərginliyindən faydalanmağa çalışdılar. 2019-cu ilin yanvarında Yunanıstan, Kipr, Misir, İsrail, İtaliya, İordaniya və Fələstinin iştirakı ilə Qahirədə Şərqi Aralıq Qaz Forumu yaradıldı.

    EastMed layihəsinin (İsrail-Kipr-Yunanıstan qaz boru xətti) həyata keçirilməsi istiqamətində işlər də sürətləndi. 1872 km uzunluğundakı bu boru kəməri ilə Avropaya ildə 10 milyard kubmetr İsrail qazının nəqli planlaşdırılır. Bu barədə rəsmi anlaşma 2020-ci il yanvarın 2-də (TBMM hökumətə Liviyaya əsgər göndərmək səlahiyyəti verdiyi gün) Afinada imzalandı.

    Türkiyə bu addımlara qarşı hələ 2019-cu il noyabrın 27-də Liviya MRH ilə dəniz sərhədlərinin delimitasiyası haqqında müqavilə bağlayıb. Bu sənədlə Yunanıstanın Krit adasının şərq hissəsi Türkiyə və Liviya ərazi sularına aid edilir. Müqaviləyə görə EastMed boru kəməri məhz buradan keçərək Yunanıstan torpaqları üzərindən İtaliyaya uzanmalıdır.

    Prezident Ərdoğan Liviya ilə imzalanmış anlaşmanın əhəmiyyətini belə izah edir: “Əgər Liviya və Kipr Türk Cümhuriyyəti ilə bu sahədə əməkdaşlığımız olmasa, bizə nəinki iqtisadi fəaliyyətlər üçün, hətta dənizə girmək və tilov atmaq üçün də sahil verməyəcəklər.”

    Türkiyə Aralıq dənizində 161 min kv. km ərazi sularına iddia edir və Liviya ilə imzaladığı müqavilə nəticəsində rəqiblərinin onu cəmi 41 min kv. km-lik dar sahəyə sıxışdırmaq planlarını əngəllədiyini düşünür.

    Cəbhədə son durum

    Liviya cəbhəsindəki vəziyyətə qayıdaq. Tripoli müharibəsini qazanan MRH qüvvələrinin növbəti hədəfi Sirt şəhəri və onun cənubundakı Cufra aviabazasıdır. Tripolidən 450 km şərqdə yerləşən Sirt liman şəhəridir, Müəmmər Qəddafi burada doğulub və öldürülüb. Haftar bu ilin yanvar ayında yerli qəbilənin ona dəstək verməsindən sonra şəhəri ələ keçirib.

    Sirt-Əcdəbiyyə-Benqazi xətti Liviyanın enerji ehtiyatları ilə zəngin bölgəsidir, ölkə neftinin 60%-i neft ayparası adlandırılan bu ərazidə hasil edilir və orada neftayırma zavodları fəaliyyət göstərir. Haftar bu bölgədə neft hasilatını dayandırıb. Ərdoğan Sirt və Cufranı geri aldıqdan sonra neft yataqlarını da nəzarətə götürəcəklərini açıq bəyan edib.

    Hadisələrin bu cür inkişafı isə Rusiya başda olmaqla, Haftarın arxasındakı güclərin məğlubiyyəti anlamına gələcəyindən, onlar indi bu planın qarşısını almağa çalışırlar. Rusiyanın Liviyaya göndərdiyi 14 ədəd MiQ-29 və Su-24 hərbi təyyarəsi hazırda Cufradadır, vaqnerçilər isə Sirtə toplaşıb. Moskva Liviya ilə bağlı öz niyyətini açıq bildirmir, neytral olduğunu, heç bir tərəfə dəstək vermədiyini bəyan edir.
    Təbii ki, bu bəyanatlar reallıqla uyğun gəlmir, güman edilir ki, Rusiya hökuməti Sirt və Cufranı Suriyadakı Hmeymim aviabazası və Tartus dəniz bazasına bənzər şəkildə istifadə etməyi düşünür.

    Gümanlar özünü doğruldarsa, Rusiya NATO-nun cənubunda möhkəmlənmiş olacaq, bu isə ittifaqın və onun lideri ABŞ-ın maraqlarına təhlükədir. Bu səbəblə, Vaşinqton və NATO Türkiyənin Liviyada  irəliləməsində və Rusiyanı oradan sıxışdırmasında maraqlıdır.

    Birləşmiş Ərəb Əmirliklərinin də Sirt və Cufranın müdafiəsi üçün Haftara yardım göndərdiyi haqda xəbərlər var. Misir isə son günlər Liviya ilə sərhəddə hərbi qüvvə cəmləşdirib. Türkiyə hərbi hava və dəniz qüvvələri bununla əlaqədar Aralıq dənizində təlim keçirib və ehtiyac yaranarsa, Liviyadakı hərbi əməliyyatlara müdaxilə edə biləcəyini nümayiş etdirib.
    Eyni zamanda, Türkiyə hazırda Liviyadakı Vatiyə aviabazası və Misrata limanından istifadə etmək üçün Milli Razılıq Hökuməti ilə danışıqlar aparır. Belə bir şəraitdə prezident Putinin xarici işlər naziri Lavrov və müdafiə naziri Şoyqunu Ankaraya göndərməyə qərar verməsi düşünməyə əsas verir ki, Rusiya Türkiyə ilə açıq toqquşmaya girmədən diplomatik yolla hansısa həll yolu axtarışındadır.
    Lakin səfər son anda təxirə salınıb, bu isə tərəflər arasında anlaşılmazlığın hələ ki davam etdiyini göstərir. Rusiya hökuməti Liviyada atəşkəsə nail olmağa çalışır, halbuki hazırkı mərhələdə atəşkəs Türkiyə və onun dəstəklədiyi Liviya hökumətinin maraqlarına uyğun deyil, onlar cəbhədə üstün olduqları bir məqamda Sirt və Cufranı da nəzarətə götürmək istəyirlər. Bu səbəblə, Türkiyə hökuməti bildirir ki, Liviyanın qanuni hökumətinin razılığı olmadan Türkiyə və Rusiya atəşkəsə özbaşına qərar verə bilməz./bakuresearchinstitute.org

    Oxunub: 517
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.