Türkəçarə - xalq təbabəti
Xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında biliklər nəsildən-nəslə keçirilərək yaşadılan qeyri-ənənəvi təbabət forması xalq təbabəti adlanır. Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlar nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdı. İbtidai insanlar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin (məs: xaşxaş) xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər.
Xəstəliyin qarşısını almaq üçün ildə bir dəfə qan alardılar, nəfəs yolları xəstəliklərində, mədə-bağırsaq pozuqluğunda və meteorizm də razyana çayı, öskürəkdə heyva toxumu dəmləyib içərdilər. Soyuqdəymədə moruqdan, qanazlığında çiyələkdən, mədə-bağırsaq xəstəliklərində baldan və s.-dən istifadə edərdilər. Belə müalicəvi bitkilərdən biri də gicitkəndir.
Ağrıkəsici, allergiyanın çarəsi, diabetin müalicəsi – Gicitkən
Gicitkən hələ qədim zamanlardan müalicəvi xüsusiyyətlərinə görə insanlar arasında tanınıb. Ondan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hətta slavyanların belə bir ifadəsi var: “Bir gicitkən yeddi həkimi əvəz edir”. Bəs gicitkəndən hansı xəstəliklər zamanı istifadə etmək olar?
Gicitkən yarpaqlarının ödqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var. Qanda şəkərin miqdarını azaldır, südverən analarda süd ifrazatını artırır. Yarpaqların dəmləməsi bağırsaq, böyrək, ağciyər və digər qanaxmalarda, həmçinin yuxusuzluq zamanı tətbiq edilir. Gicitkəndən saçların dibini bərkitmək üçün də istifadə olunur. Təzə gicitkəni ət maşınından keçirib, tökülmüş saçların yerinə sürtdükdə yeni tük gətirəcək, olan saçları da qalınlaşdıracaq.
Bəzi araşdırmalar gicitkənin revmatizmlə əlaqədar ağrını azaltmağa kömək etdiyini sübut edib. Gicitkən həm də yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlamaq ya da şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları atmaq olar. Aparılan araşdırmalara əsasən, gicitkən diabetə bağlı simptomları azaltmağa kömək edir. Bundan başqa:
- Yüksək qan şəkərini aşağı salır. Həddindən çox susamanı azaldır, çəkini balanslaşdırır, insulin səviyyəsini tənzimləyir, nevropatiya ağrısını azaldır, hətta yaddaşa da faydası var
- Dəmir çatışmazlığı olan şəxslərə məsləhətdir. Anemiya müalicəsi alan şəxslər əlavə vasitə olaraq istifadə edə bilər
- Menstruasiya dövründə rast gəlinən gərginliyi, qasıq ağrısını azaldır
- Xərçəng xəstəliyinin qarşısını alır
- Təzyiq və xolesterol problemi olan şəxslərə gündə bir fincan gicitkən çayı tövsiyə olunur.
- Bədəndəki şişi aradan qaldırır
- Həzm sisteminə fayda verir, bir çox orqanı təmizləyir
- Artrit ağrılarını yüngülləşdirir, infeksiyalara qarşı müqavimət qazandırır
- Cinsi zəiflik yaşayan şəxslərə kömək edir
- Böyrəkləri təmizləyir və qaraciyərin yenilənməsini təmin edir.
- Soyuqdəyməyə qarşı olduqca təsirlidir
- İmmunitet sistemini qüvvətləndirir
- Öskürəyi olan şəxslərə tez-tez gicitkən çayı içmək tövsiyə edilir
- Qəbizliyi aradan qaldırır
- Gicitkən kökləri prostat vəzin adenomasında (şişlərində) çay kimi dəmlənilib içilir.
Gicitkənin coğrafi ərazisinə görə fərqli növləri var. Avropa, Amerika, Asiya və ya Avstraliyada fərqli onlarla növləri vardır.