ADAU-ya yeni təyin olunan rektor Zəfər Qurbanov həbsdə olan icra başçısının yaxınlarına sahib çıxır - İDDİA
Məlumdur ki, Prezident İlham Əliyev 06 sentyabr 2022-ci iltarixdəİbrahim Həsən oğlu Cəfərovun Azərbaycan Dövlət AqrarUniversitetinin (ADAU) rektoru vəzifəsindən azad edilməsihaqqındaSərəncam imzaladı və həmin vaxtdan Zəfər Qəzənfər oğlu Qurbanov
ADAU –da rektor vəzifəsini icra edirdi. Qeyd edək ki, sabiq kənd
təsərrüfatı naziri İnam Kərimov bu şəxsi 06 sentyabr 2022-ci il tarixdən
müvəqqəti olaraq rektor vəzifəsinə təyin etmişdi. 31 avqust 2023-cü il
tarixdə isə, Zəfər Qurbanovun ADAU –nun rektoru vəzifəsinə təyin
olunması ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Hal-
hazırda bu şəxs özündən əvvəlki rektor İbrahim Cəfərovun ənənələrini
davam etdirməkdədir.
Yəni, Zəfər Qurbanov bugünkü vəzifəsinə təyin
olunan kimi ilk addımlardan biri, bəlkə də birincisi İbrahim Cəfərovun
zamanında “lazımı” vəzifələrdə oturanlardan birini işdən çıxartmaq
oldu. Hansıki, bu şəxs insan resursları şöbəsinə rəhbərlik edən Kəmalə
xanımı, hal–hazırda həbsdə olan Şəmkir RİH-nin sabiq başçısı Alimpaşa
Məmmədovun yaxın çevrəsindən olan, eyni zamanda sabiq icra
başçısının dönəmində RİH-də şöbə müdiri vəzifəsində çalışmış Günay
Rəfiyeva ilə əvəzlədi.
Redaksiyamıza daxil olan məlumatlarda o da qeyd
olunur ki, Günay Rəfiyevanın həyat yoldaşı Alimpaşa Məmmədovun
forel balıq yetişdirmə təsərrüfatına rəhbərlik edən şəxsdir. Yeri
gəlmişkən, Kəmalə xanım Tağızadə də öz növbəsində sabiq rektor
İbrahim Cəfərovun qızının baldızı idi. Yəni, sabiq rektor da yaxınlarını
öz dönəmində işlə təmin etdirmişdir.
Yenicə sərəncam alan rektorun “işgüzarlığı” bununla bitmir. O ,
artıq əlini - ətəyini yığıb daha başqalarınada ərizələrini yazmağə
tapşırığı verərək yeni “iş yerlər”ini açmaq niyyətindədir. Hələ bu
harasıdır, kiminə universitin verəcəyini söz versədə qaytarmaq fikri
yoxdu. Əksinə bu gün təcrübə sahələrinə getmək üçün nəqliyyat
vasitələrinə ayrılan vəsaitə belə əl vurmağa icazə verilmir, və ya vəsait
ayrılmır. Yəni ki, “israfçılıq etməyək” prinsipi əsas götürülür.
Xatırladım ki, ADAU nəinki ölkəmizdə, eləcədə Zaqafqaziyada kənd
təsərrüfatı üzrə kadr yetirən ən reytinqlı ali təhsil ocağı sayılır. Bu gün
qeyri neft sektorunun inkişafı üçün nəzərdə tutulan kadrlarda məhz bu
təhsil oçağında yetirilməsi nəzərdə tutulduğu halda, tələbənin bilik
bacarığını təcrübə vasitəsilə əldə etməlidir. Zəfər Qurbanovun kənd
təsərrüfatından deyil, neft sektorundan gəlməsi bu kimi məsələrərdən
yan keçməsinə gətirib çıxarır.
Nə isə daha nələr-nələr...
Ardı var.
Mehriban Əzizqızı