Dövlət Su Ehtiyatları Agentliyinin strukturu və əsasnaməsi təsdiq edilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuku və əsasnaməsi təsdiq edilib.
Globall.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin strukturu aşağıdakı kimidir:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Aparatı (şöbələr və sektorlar).
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və onun yerli bölmələri.
Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi