Hikmət Hacıyev: Biz bütün ərazi iddialarına son verməyə əsaslanan regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik
Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.
Globall.az Qərar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
“Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, - Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri “dondurulnuş münaqişə” dövründə Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiya nümayiş etdirib.