Səhər niyə ilıq su içməliyik? - Qastroenteroloqdan məsləhət

Rusiyanın qastroenteroloq, diyetoloq və klinik farmakoloqu Rüstəm Sadıkov bu barədə danışaraq səhərlər ilıq su içməyin həm də ürək-damar sisteminə faydalı təsir göstərdiyini, qanı durulaşdırdığını bildirib.
“Yuxu zamanı orqanizm su itirir, ona görə də səhərlər orqanizm maye çatışmazlığı vəziyyətində olur. Bu, qanın qatılaşmasına səbəb ola bilər ki, bu da ürəyə yükü artırır. Ona görə də yuxudan oyandıqdan sonra ən azı 500 ml ilıq su içməyi məsləhət görürəm”, - deyə ekspert vurğulayıb.
Oxunub: 175
Xəbəri paylaş
Paylaş: