Erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd müzakirə olunub
Bildirilib ki, verilişdə müəllif 1945-ci ildə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hookun erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasina təqdim etdiyini deyərək, həmin sənəddən çoxlu sayda sitatlar gətirərək məsələ ilə bağlı ətraflı müzakirələr aparıb.
R.Kontreras İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ordusu tərkibində yaradılan erməni legionu, onun rəhbərlərindən olan erməni generallar Qaregin Njde və Drastamat Kanayan haqda ətraflı danışaraq, onların bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını, 2016-cı ildə Yerevanda Q.Njdeyə heykəl ucaldıldığını vurğulayıb.
Verilişdə jurnalist həmçinin erməni terror təşkilatı olan “ASALA”-nın ABŞ-dakı fəaliyyəti, xüsusilə türk diplomatlarına qarşı həyata keçirilən terror aktları haqda da ətraflı bəhs edib.
Verilişin video versiyasını isə bu linkdə izləmək olar: https://www.facebook.com/305657476178512/posts/2999876083423291/?vh=e&d=n