Rus tanklarının qənimi olan raketlər artıq Ukraynada... -
ABŞ-dan qəti addım
Ukraynanın ABŞ-dan aldığı tank əleyhinə “Javelin” raketləri artıq ölkəyə çatdırılıb.
ABŞ-ın Ukraynadakı səfirliyi bildirib ki, tank əleyhinə müasir “Javelin” raketləri, hərbi ləvazimat daxil olmaqla 60 milyon dollarlıq yük Kiyevə gətirilib.
“ABŞ Rusiyanın hücumu qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü israrla dəstəkləyir” - ABŞ səfirliyi bəyan edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, ABŞ-ın yardımı Ukraynanın xarici hücumlardan qorunmasında kritik əhəmiyyətə malikdir.
Qeyd edək ki, bundan əvvəl də ABŞ Ukraynaya 210 ədəd “Javelin” raketləri göndərmişdi.
Oxunub: 458
Xəbəri paylaş
Paylaş: