Türkiyənin PUA istehsalçısı olan şirkətində casus?
Türkiyənin dünyaca məşhur pilotsuz təyyarə istehsalçısı “Baykar”da işləyən təcrübəçi mühəndis Bazar ertəsi şirkətin İstanbuldakı fabrikindən çıxarkən 4 hard disk oğurlamağa cəhd ilə yaxalanıb. Globall.az Yenisabah.az-a istinadən xəbər verir ki, obyektlərdə işləyən mühəndis texnoloji sirləri ehtiva edən kompüterin içərisindəki 4 ədəd sabit (hard) diski çıxararkən onu müşahidə edən təhlükəsizlik işçiləri şübhəlini cinayət başında yaxalayıb. “Bayraktar TB2” və “Akıncı” PUA-ları ilə bağlı sənaye sirlərini oğurlamağa çalışan 20 yaşlı Ahmet C-dir. Şirkətdə cəmi 2 iki aydır işləyən Ahmet C.diskləri satmaq üçün oğurlamaq istədiyini deyib. Xatırladaq ki, “Baykar”, NATO ölkələri də daxil olmaqla, 1,2 milyard dollarlıq ixracat həyata keçirib. Hazırda şirkət “Qızılelma” adlı pilotsuz döyüş təyyarəsi hazırlayır.