Macarıstan Baş naziri: Avropa çətinliklərlə, böhranlarla üzləşib
“Avropa regionu çətinliklərlə, müxtəlif böhranlarla üzləşib”. Globall.az bildirir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib. O bildirib ki, Avropada Şərqlə bağlı iki fikir var: “Bəzilərinə görə, biz Şərqdən uzaqlaşmalıyıq, lakin müəyyən ölkələr bunun əksinə inanır. Macarıstan Şərqlə sıx əməkdaşlıqda maraqlıdır və bunu təşviq edir”. Orban deyib ki, Mərkəzi Asiya və Avropa arasında marşrutların yaradılması vacibdir. "Avropa və Asiya regionu arasında müasir və təhlükəsiz nəqliyyat marşrutlarının yaradılması Macarıstan iqtisadiyyatı üçün də çox vacibdir. Macarıstan inkişaf etmiş Şərq və Qərb şirkətləri arasında körpü rolu oynaya bilər. Biz Mərkəzi Asiyanı, region ölkələri arasında əməkdaşlığı gücləndirən bütün təşəbbüsləri dəstəkləyirik"./APA