Rusiya ilə sərhədi tamamən bağlaya bilərik -
Baş nazir
Lazım gələrsə, Finlandiya Rusiya ilə bütün sərhədi bağlaya bilər. Globall.az axar.az-a istinadən bildirir ki, bu barədə Finlandiya Baş naziri Petteri Orpo deyib. "Lazım gələrsə, Finlandiya şərq sərhədini, bütün nəzarət-buraxılış məntəqələrini bağlayacaq və sığınacaq mərkəzini şərq sərhədində deyil, başqa yerdə cəmləşdirəcək", - deyə o bildirib. Qeyd edək ki, Finlandiya noyabrında 18-də Rusiya ilə sərhəddəki 4 buraxılış məntəqəsini bağlayıb.
Oxunub: 60
Xəbəri paylaş
Paylaş: