Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycanda BU VALİDEYNLƏR 4 il müddətinə HƏBS EDİLƏ BİLƏR
  • Ombudsman: "Aliment Fondu yaradılmalıdır"
  • Ötən il 143 milyon manatdan çox aliment ödənilib
  • Azərbaycanda aliment ödəməyən 3 min nəfər AXTARIŞDADIR
  • Bu valideynlər məsuliyyətə cəlb oluna bilər - DİQQƏT
  • Aliment ala bilməyənlər hüquqlarını necə müdafiə etməli, hara müraciət olunmalıdır? – ARAŞDIRMA

    • Tarix: 27-11-2023, 15:46

    Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa, eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ “aliment” adlanır və Azərbaycan qanunvericiliyinə görə, aliment məsələsində gender problemi yoxdur. Yəni  alimenti yalnız ata deyil, ana da ödəyə bilər. Məsələn, üçuşaqlı valideynlər boşanırlarsa, ana uşaqlardan imtina edərsə, bu zaman ata məhkəməyə müraciət edərək ananın gəlirinin yarısını aliment kimi tələb edə bilər. Konstitusiyada, həm də Ailə Məcəlləsində qadın və kişinin hüquqları bərabərdir. Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün aliment ödənilməsi haqda saziş bağlamaq hüququna malikdirlər. Əgər onlar uşaqlarını saxlamaqdan imtina etsələr, bu zaman aliment valideynlərdən məhkəmə qaydasında tutulur.

     

    Globall.az bildirir ki, Pravda.az   alimentlə bağlı bir sıra məsələləri araşdırıb.

    Ailələrdəki problem bəzən inqilabi dəyişiklərə aparıb çıxara bilər - RƏY  Pravda.az

    Boşanma faktı varsa, məhkəmə qaydasında uşaqlar üçün valideynlərdən hər ay müəyyən miqdarda aliment tutulur. Ölkəmizdə 1 uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı alimentə ödənilir. Araşdırmalarımızdan məlum olub ki, bəzi hallarda valideynlərdən məhkəmə qaydasında tutulan aliment öhdəliyinə xitam  verilməsi mümkündür. Belə ki, uşaq yetkinlik yaşına çatıbsa, yaxud yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə edibsə, aliment ödənilən uşaq başqası tərəfindən övladlığa götürülübsə, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunubsa, aliment alan şəxs və ya aliment ödəyən şəxs ölübsə, əmək qabiliyyəti olmayan, yaxud ehtiyacı olan, aliment alan ər və ya arvad yeni nikaha daxil olubsa, aliment öhdəliyinə xitam verilir.

     

    Hazırda müzakirə olunan məsələlərdən biri Azərbaycanda Aliment Fondunun yaradılmasıdır. 2020-ci ildə insan hüquqları üzrə müvəkkil - ombudsman tərəfindən digər ölkələrdə olduğu kimi Azərbaycanda da Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi - Aliment Fondu yaradılmalıdır. Lakin hələ də bu təklif reallaşmayıb. Məhz maddi problemlər bu gün ailələrdə əsas boşanma səbəbləri sırasındadır. Əgər valideyn evliyikən maddi cəhətdən ailəsini, uşağını təmin edə bilmirsə, boşandıqdan sonra alimenti necə ödəyəcək? Buna baxmayaraq, hazırda Azərbaycanda aliment miqdarının artırılması gündəmdə olan əsas müzakirə mövzularından biridir.

     

    Bununla bağlı Milli Məclisin deputatı Fazil Mustafanın fikirlərini öyrəndik. Fazil Mustafa məsələyə fərqli aspektdən yanaşdı:

    “Bu, olduqca mürəkkəb mövzudur. Alimentin miqdarının artırılması əvəzinə, qadınların işlə təmin olunması məsələsinə baxmaq lazımdır. Əlbəttə ki, aliment pulu yetərli olmayacaq. Alimentin səviyyəsi qaldırılsa, onda da kişilərin həyatı pozulmuş olur. Elə kişilər var ki, məhz qadının günahı üstündə ailəsi pozulub. Qadınlar isə alimentlə kişiləri bir çox hallarda şantaj edirlər. Kişi yeni ailə qurur, amma öz ailəsinə baxmaq əvəzinə, ömür boyu aliment ödəməklə məşğul olur. Buna görə də bəzən ədalət prinsipi pozulur. Təbii ki, boşanma kişilərin günahı səbəbindən baş veribsə, alimentin ödənilməsi məsələsində problem yoxdur. Amma bilməlidirlər ki, aliment ümumi yaşayış üçün nəzərdə tutulan vəsait deyil, uşaq üçün ödənilən müəyyən məbləğdir. Buna görə də əsas məsələ işlə təminat olmalıdır. Məşğulluq orqanları boşanmış qadınların normal, layiqli işlə təmin olunmaları məsələsi üzərində hansısa konsepsiya gerçəkləşdirsələr, onda sıxıntılar da azalmış olar. Sanki bir tərəfdə oturub pul gözləyirlər. Axı digər tərəf də insandır, onun da yaşaması, hansısa şəkildə pul qazanması üçün şərtlər olmalıdır. Əgər o da işsiz olsa, alimenti necə ödəyəcək? Buna görə iki tərəfi də anlayaraq məsələyə yanaşmaq lazımdır. Alimentin miqdarının artırılması yenə də tərəflərin ancaq birinin vəsaitindən gedən məbləğ olacaq. Bir az həssas məsələ olduğu üçün hərtərəfli araşdırılıb qərar verilməlidir”.

     

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə açıqlamasında bir sıra problemlərə toxunub:

    “Hər il cənab Prezidentin Sərəncamı ilə aliment pulu qaldırılır. Yaşayış minimumu uşaqlar üçün 220 manatdır. Əslində, hamımız başa düşürük ki, indiki dövrdə bu məbləğ ehtiyacları o qədər də ödəmir. Lakin məsələnin başqa tərəfi də var. Bu, uşağın saxlanılması ilə bağlıdır. Müasir dünya görüşü ilə məsələyə yanaşsaq, tərəflərin hər ikisinin işləməsi, gəlir əldə etməsi lazımdır. Ananın işləməsi, yaxud sosial dəstək proqramlarından bəhrələnməsi də müəyyən dəstək xarakteri daşıya bilər. Təəssüf ki, qadınlar bəzən müxtəlif resurslar barədə məlumatlı olmadıqları üçün alimentdən aldıqları məbləğ, doğrudan da, kifayət etmir. Buna görə də aliment alan şəxsə digər resurslarla da bağlı məlumat vermək lazımdır. Bəs biz necə edirik? Qanun qəbul edirik, qanunda yazıldığı qaydada onun icrası ilə bağlı işlər görürük. Halbuki hər bir icraçı məmurun əlinin altında digər xidmət paketləri ilə bağlı məlumat olsa, aliment alan şəxsə bu barədə məlumat versə, kifayət qədər dəstək əldə etmək olar. Məsələn, “Günərzi” mərkəzindən, sosial yardımın hansısa formasından yararlanmaq mümkündür”.

     

    M.Zeynalova deyib ki, kişilər də, qadınlar da alimentdən qaçır, onu ödəməkdən imtina edirlər: “Deyirlər ki, “işləmirəm”, yaxud “əməkhaqqım kifayət qədər deyil”. Hətta əməkhaqqını gizlədənlər olur. Adamlar var ki, müxtəlif sahələrdə işləyirlər, amma gəlirlərini gizlədirlər. Bəzi qadınlar bizə deyirlər ki, ərimin kifayət qədər imkanı var, amma o, bu imkanları başqalarının adına yazdırır. Yaxud da “ərim qeyri-formal əmək fəaliyyəti ilə məşğuldur, gün ərzində müəyyən qədər gəliri var, amma qeydiyyata almadığına görə həmin gəlirdən çox az məbləğdə aliment alıram” deyənlər var. Deməli, kişi aliment verməmək üçün işsizliklə bağlı arayış təqdim edir, amma faktiki qeyri-formal fəaliyyətlə məşğuldur. Bunlar da böyük problemlərdir. Hansısa formada identifikasiya lazımdır. Aliment alanda məhkəmə şəxslərin formal və ya qeyri-formal daha hansı fəaliyyətlə məşğul olmaları barədə araşdırma apara bilər. Təəssüf ki, buna vaxt sərf etmirik, kifayət qədər araşdırmırıq. Məsələn, kişi xəstədir, pensiya alır, qadın isə deyir ki, mənə 1 uşaq üçün 150 manat ver. Kişi aldığı pensiyanın böyük hissəsini ödəyib, özü isə çıxılmaz vəziyyətdə qala bilər. Əslində, aliment ilkin dəstəkdir. Problemin mahiyyəti budur ki, boşanan tərəflər bir-birilərinə düşmən qismində münasibət bəsləyirlər. Əgər valideynlər birgə ailə münasibətləri ilə yaşaya bilməyiblərsə, sivil formada ayrılıblarsa, uşaqlar arasında resurslarını da sivil şəkildə bölməlidilər. Bu, onların borcudur. Emosional, düşmən xarakterli ayrılıqlar resursların gizlədilməsi və uşağın bu prosesdə əziyyət çəkməsi ilə nəticələnir. Aliment almayan qadın emosional olaraq bəzən uşağın varlığını da inkar edir, daima onu bu məsələdə aşağılayır. Nəticədə qadın öz həyatına nifrət edir, uşağa aqressiv yanaşır, onun yanında atasını ittiham edir. Belə münasibətlər vəziyyəti daha da gərginləşdirir. Məsələn, bir qadın mənə yaxınlaşıb dedi ki, ərimi tapmıram, Rusiyaya çıxıb gedib, aliment ala bilmirəm. Ona dedim ki, o, ölkəyə qayıtmayanadək aliment almağın mümkün deyil, sadəcə, Dövlət Miqrasiya Xidmətinə və digər aidiyyəti qurumlara məlumat versən, ərin ölkəyə gələndə saxlanılar. Eyni zamanda həmin qadından soruşdum ki, sən işləyirsən? Dedi ki, yox, niyə işləməliyəm? Qadın burada uşağın da haqqına girmiş olur. İşləmir, gözləyir ki, aliment pulunu xərcləyəcək. Belə tərs mütənasiblik var. Bu isə ən çox uşağa zərər verir, cəmiyyətə də çox neqativ təsirlər ötürür”.

     

    Bəs görəsən, ərindən aliment ala bilməyən qadın hüquqlarını necə müdafiə etməli, hara müraciət etməlidir?

     

    Məsələninin hüquqi tərəflərini tanınmış vəkil Elvin Əliyev izah etdi:

     

    “Nikahın pozulması və aliment tələbi ilə bağlı əvvəlcə Mediasiya Şurasına müraciət olunur. Müraciət əsasında cavabdeh və iddiaçı tərəf ümumi razılığa gəlsə, həmin razılığa uyğun olaraq cavabdeh şəxs alimenti ödəməlidir. Əgər tərəflər razılığa gəlməsələr, bu halda işə məhkəmə qaydasında baxılır. Alimentlə bağlı dövlət rüsumu nəzərdə tutulmayıb. Bundan əlavə, əgər cavabdeh alimenti ödəmirsə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib olunur. Cavabdeh barəsində İXM-nin müvafiq maddəsinə uyğun inzibati qaydada həbs də, cərimə də nəzərdə tutulub. Formlaşan məhkəmə təcrübəsi bunu göstərir ki, alimenti ödəməyən, məhkəmə qərarını, qətnaməsini qərəzli formada icra etməyən şəxslər əksər hallarda inzibati həbs olunurlar. Şəxs alimenti ödəməməkdə qərəzliliyi davam etdirirsə, ödəməkdən boyun qaçırırsa, haqqında bununla bağlı Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi başlanılır. Maddəyə görə, azadlıqdan məhrumetmə cəzası da var, yaxud məhkəmə hər hansı yüngülləşdirici halları nəzərə alaraq, sanksiyada nəzərdə tutulmuş daha yüngül cəzanı da tətbiq edə bilər. Lakin bu işdə əvvəlcə tələbkar tərəflə barışıq və ona ödənəcək alimentin ödənilməsi nəzərdə tutulur ki, şəxsə azadlıqdan məhrumetmə ilə əlaqəsi olmayan cəza verilsin. Bununla bağlı qadın icra məmuruna, yəni icra olunması üçün məhkəmə qətnaməsinin göndərildiyi İcra və probasiya şöbəsinin icra məmuruna müraciət etməlidir. Alimentlə bağlı hissəni icra məmuru icra edir”.


    Oxunub: 275
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.