"Yeni il"də istirahət günləri açıqlandı
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2023-ci il 31 dekabr bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2024-ci il 3 yanvar tarixi qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 4 gün ardıcıl qeyri-iş günü olacaq.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: