“İnşaatçı-neftçi” də məcburi auditdən yayındı –
PROTOKOL
“İnşaatçı-neftçi” MMC-yə inzibati protokol yazılıb.
Globall.az Pravda.az-a istinadən xəbər verir ki, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Şirvan Şəhər Məhkəməsinin hakimi Ceyhun Mustafayevin ixraatındadır. Məhkəmə iclası dekabrın 7-də keçiriləcək.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: