AMEA-nın Elm və Texnologiya Parkı ləğv edilir
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində "Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilir.
Globall.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, bununla bağlı rəsmi mətbuatda elan yerləşdirilib.
Kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 30, mənzil 109 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Elm və Texnologiya Parkı" 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 manatdır.
Oxunub: 91
Xəbəri paylaş
Paylaş: