Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
İyun ayının 21-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə virtualaz.org-a paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: