Qırmızı dənizdə gəmilərə hücum olub
ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə bir Amerika döyüş gəmisinə və bir çox ticarət gəmisinə hücum edildiyini açıqlayıb.
Globall.az APA-ya istinadən bildirir ki, Pentaqondan verilən yazılı açıqlamada Qırmızı dənizdəki hücumların İsrailin Qəzzaya hücumları ilə əlaqəli ola biləcəyi bildirilib.
"Biz Qırmızı dənizdə gəmilərə hücumlardan xəbərdarıq və məlumat əldə olunduqca paylaşacağıq", - deyə Pentaqonun açıqlamasında bildirilir.
Açıqlamada sözügedən hücumların kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: