2023-cü ildə 94 jurnalist öldürülüb
2023-cü ildə dünyada 94 jurnalist öldürülüb. Globall.az musavat.com-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) hesabatında deyilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə zərərçəkənlərin sayı 67% artıb. Bu, əsasən İsrailin ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasına qarşı müharibəsi ilə bağlıdır. 68 jurnalist münaqişəni işıqlandırarkən həlak olub. IFJ-nin məlumatına görə, bu savaş 1990-cı ildən bəri jurnalistlər üçün ən ölümcül münaqişə ocağına çevrilib. Ukrayna ərazilərində isə Ukrayna, Rusiya və Fransadan olan 3 jurnalist həlak olub. Bundan əlavə, bir çox ölkələrdə: Rusiya, Belarus, Çin, İran və digər ölkələrdə media nümayəndələrinə qarşı repressiyaların sayı 393-ə çatıb.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: