Koçaryanın girovluq pulunu Rusiyadakı erməni iş adamları ödəyib
“Report” xəbər verir ki, məlumatı "7or.am" yayıb.
Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.