Qazaxıstanda sakinlər şok mesaj aldı
Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən mesajlar alıblar.
Globall.az olke.az-a istinadən bildirir ki, bu barədə RİA məlumat yayıb.
Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.
"Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir", - deyə məlumatda bildirilir.
"Tele2" mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun "0" ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: