20 sığorta vasitəçisinin lisenziyası dayandırıldı
Azərbaycan Mərkəzi Bankı (AMB) 20 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
Bu barədə Milli.Az-a qurumdan bildirilib.
Məlumata görə, bu qərar dekabrın 6-da "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: