Gürcüstanda etiraz aksiyası başladı
Gürcüstanın paytaxtı Tiflisdə ölkə Parlamentinin binası qarşısında etiraz aksiyası start götürüb.
Gürcüstan mətbuatı xəbər verir ki, aksiya "Birlikdə işğala qarşı" adlanır.
Aksiya iştirakçıları, 1 il əvvəl baş verən etirazların il dönümünü qeyd etmək üçün toplanıblar. Onlar arasında sosial məsafə qorunur.
Qeyd edək ki, ötən ilin 20 iyun tarixində Rusiya dövlət Dumasının deputatlarının Tiflisdə təşkil edilmiş konfransa qatılmaları və Dumanın üzvü, Sergey Qavrilovun Gürcüstanın Parlament sədrinin kürsüsündə oturaraq, iclası idarə etməsi Gürcüstanda kütləvi etirazlara səbəb olmuşdu.
Oxunub: 414
Xəbəri paylaş
Paylaş: