Qadın həbsdə olan ərinə telefonu bu yolla keçirmək istədi - FOTO
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.
Xidmətdən Milli.Az-a verilən məlumata görə, həbs edilmiş şəxs Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində 2 ədəd danışıq kartı olan "Redmi" markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Oxunub: 167
Xəbəri paylaş
Paylaş: