Ukrayna "B" planına keçə bilər
Ukrayna Qərb ölkələrindən kömək olmadığı halda B planına keçməyə hazırdır.
Globall.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko milli telemarafonda məlumat verib.
"Əgər müttəfiqlər Ukraynanı maliyyələşdirməkdən imtina edərlərsə, yerli hakimiyyət orqanları 2024-cü ildə kapital almaq üçün daxili bazara üz tutmalı olacaqlar, - Ustenko deyib.
Siyasətçi etiraf edib ki, bu ssenari Maliyyə Nazirliyində əlavə gərginlik və əsəbilik yaradacaq. Lakin bu addım yanvarda vəziyyəti düzəldəcək.
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: