Qaynadılmış yumurta kişilərin potensiyası üçün təhlükəli imiş -
Mütəxəssis rəyi
On dəqiqədən artıq qaynadılmış yumurtada toksiki maddələr olur və bu, kişi potensiyası üçün təhlükə mənbəyi ola bilər. Həkimlər belə nəticəyə gəliblər («clutch.ua»).
Mütəxəssislər qeyd ediblər ki, qaynadılmış yumurtanın sarısında yaşıltəhər örtüyün əmələ gəlməsi yumurtanın həddən artıq qaynadıldığından xəbər verir və o, artıq potensial olaraq, toksiki birləşmələrlə zənginləşib.
Alimlər izah edirlər - termiki emal zamanı, xüsusilə də qaynadılan zaman, yumurta sarısında hidrogen ayrılır və o, yumurta ağının zülalı ilə birləşir, nəticədə qaz əmələ gəlir. Bu qaz mədəyə daxil olarkən, dəmirlə qarşılaşır və dəmir-sulfid əmələ gətirir. Həmin birləşmə insan orqanizmi üçün potensial təhlükə mənbəyidir, xüsusilə də kişiləri potensiyası üçün ziyanlıdır.