"Avroviziya 2024"ün daha bir iştirakçısı bəlli oldu
"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub. Axşam.az xəbər verir ki, Albaniyanı yarışmada təmsil edəcək təmsilçinin adı açıqlanıb.
Besa Kokedhima adlı ifaçı ölkəsini müsabiqədə "Zemrën n’dorë" adlı mahnı ilə təmsil edəcək.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.
Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparırı. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: