Pakistanı nüvə dövləti edən alimin başına gələnlər –
Xan necə xain elan olundu?
Bir neçə gün öncə “vətənə xəyanət” ittihamı ilə ölüm hökmünə məhkum edilmiş general Pərviz Müşərrəfin hakimiyyəti dövründə həbs olunan Abdulqadir Xan ev dustaqlığına məhkum edilib.
Ev həbsi 2009-cu ildə rəsmən ləğv olunsa da, Xan getdiyi yer haqqında öncədən rəsmi dairələrə məlumat verməli və təhlükəsizlik xidməti onu müşayət etməlidir.
Hazırda 85 yaşında olan Xan, hökumətin təməl insan haqlarını pozduğunu söyləyərək, Pakistan Ali Məhkəməsinə müraciət edib.
Onun həyat tarixçəsi maraqlıdır…
1976-cı ildə Hollandiyada yaşayan bir müsəlman gənc Pakistanın o vaxtkı hökumət başçısı Zülfiqar Əli Bhuttoya məktub yazaraq, nüvə proqramına dəstək verə biləcəyini söylədi. Məktubu Hollandiyanın uran zənginləşdirmə şirkəti olan URENCO-da işləyən Abdulqadir Xan yazmışdı.
Pakistan kəşfiyyatı Xanın proqrama daxil edilməsinin uyğun olmadığını söyləyib. Buna baxmayaraq Bhutto onu 1976-cı ildə Pakistana çağırıb.
Xan Pakistanın uran zənginləşdirmə proqramına əhəmiyyətli dərəcədə təkan verib. O, 2001-ci ildə təqaüdə çıxana qədər Pəncab Kahutadakı nüvə tədqiqat laboratoriyasına rəhbərlik etdi. Pakistan ilk atom silah sınağını 1998-ci ildə həyata keçirdi. Pakistan xalqı atom silahının istehsalında böyük rolu olan Abdulqadir Xanı qəhrəman elan etmişdi.
Lakin Müşərrəf hökuməti dövründə ” düşmən ölkələrə ” nüvə silahı texnologiyasını satdığı iddia edilən Abdulqadir Xan, bir gecədə “xain” elan olunub.
2004-cü ildə məhkəmədə suçunu etiraf edən Xan bəzi insanlar tərəfindən “satqın” elan olunsa da, xalqın böyük bir hissəsi Abdulqadir Xanın dini və milli duyğularla beynəlxalq arenada ölkəsinin nüvə qaçaqçılığında ittiham edilməsindənsə, suçu öz üzərinə götürdüyünə inanırdı.
Xan, 2008-ci ildə İran və Liviyaya heç bir nüvə məlumatı sızdırmadığını, yalnız bu ölkələrə Avropada hansı şirkətlərdən nüvə texnologiyası ala biləcəyinin göstərdiyini söylədi. O, 2004-cü ildə törətmədiyi cinayətləri etiraf etmək məcburiyyətində qaldığını bildirərək ictimaiyyəti şoka salıb.
Ali Məhkəməyə ünvanladığı ərizədə üzərindəki ev həbsinin qaldırılmasını xahiş edən Xan məktubunda ” Pakistanı qonşuların və digər rəqiblərin pis əməllərindən qorumaq üçün üzərimə düşəni etdiyimə görə qürur duyuram” yazıb.
2016-cı ildə Pakistan və Hindistan arasındakı gərginliyi qiymətləndirən Xan, Pakistanın 5 dəqiqə ərzində Yeni Dehlini vura biləcəyini söyləyib.
85 yaşlı alim özünə qarşı edilən təzyiqlərdən üzüldüyünü bildiib.
‘Bizim çalışmalarımız səbəbilə Pakistan dünyanın nüvə gücünə sahib ilk müsəlman ölkəsi oldu. Ölkəmizə göstərdiyimiz xidmətə qarşılıq olaraq təhqirlərə dözürük”- alim belə deyir.