Sosial ödənişlərin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Bir müddət öncə dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunlaşacağı bildirildi. Lakin vətəndaşlar arasında ödənişlərin gecikməsi ilə bağlı şikayətlər səsləndirilir. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ay bitmədən ödənişlər yekunlaşmış olacaq. "Respublika üzrə pensiyaların ödənişi yekunlaşıb. Digər sosial ödənişlər isə gecikmir, ay sonunda ödənişlər yekunlaşmış olacaq", - deyə qeyd edilib. Qeyd edək ki, 8 dekabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.
Oxunub: 53
Xəbəri paylaş
Paylaş: