"Glock 17" tapançasının yaradıcısı öldü
Avstriyalı mühəndis və iş adamı, "Glock 17" (Qlok) odlu silahının yaradıcısı Qaston Qlok 95 yaşında vəfat edib.
Globall.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Die Presse" məlumat yayıb.
"Sona qədər o, şirkətin və işçilərinin strateji istiqamətinə cavabdeh idi", - deyə bildirilib.
Qeyd edək ki, "Glock 17" Avstriya ordusu üçün hazırlanmış tapançadır.
Oxunub: 107
Xəbəri paylaş
Paylaş: