Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib
Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib. Globall.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib. "26-28 dekabr tarixləri arasında Azərbaycanda "Hibrid Təhdidlərə Cavab Təlimi" keçirilib", - o qeyd edib. "Regional və qlobal sülhə dəstək çərçivəsində "İki dövlət, bir millət" anlayışı ilə bərabər olduğumuz Azərbaycana dəstəyimiz davam etməkdədir", - Z.Aktürk əlavə edib.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş: