Bayramla əlaqədar bu istiqamətə əlavə reyslər təyin olundu
Azərbaycan Dəmir Yolları bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib. Globall.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Yanvarın 4-də qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:30-da Ağstafadan Bakıya yola düşəcək. Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar tətil günlərində hər gün ənənəvi cədvəllə yanaşı, əlavə reyslərlə də hərəkət edəcək.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: