Çanaqqala boğazı gəmilər üçün bağlandı
Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb. Globall.az Trend-ə istinadən bildirir ki, bu barədə TRT məlumat yayıb. Bildirilib ki, səhər saatlarında Boğaziçi sahillərində təsirini artıran duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub. Şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına xəbərdarlıq edilərək, boğazın iki istiqamətli tranzit gəmi keçidlərinə bağlandığı açıqlanıb. Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq. Yerli bərə xidmətləri davam edir.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: