Dünyanın ən uzunboylu və qısaboylu iki adamı görüşdü
Dünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen bazar ertəsi ABŞ-ın Kaliforniya ştatının İrvin şəhərində hazırda dünyanın ən qısaboylu qadını olan hindistanlı Cyoti Amge ilə görüşüb. Globall.az lent.az-a istinadən bildirir ki, Kösenin boyu 2,51 metr, Amgeninki isə 62,8 santimetrdir. "Qulliver" filmindəki səhnəni xatırladan səhər yeməyindən sonra onlar xatirə şəkli çəkdiriblər. Türkiyənin cənub-şərqindəki Mardin vilayətindən olan Kösen hindistanlı Amge ilə birlikdə amerikalı prodüserin dəvəti ilə təşkil edilən tədbirdə iştirak etmək üçün Los-Ancelesə gedəcək və orada keçirilən görüşlər lentə alınacaq. İkili ilk dəfə 2018-ci ildə Misirin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qahirədə görüşüb və Giza piramidalarını ziyarət ediblər.