Xankəndidə xeyli silah-sursat aşkarlandı
Xankəndidə xeyli silah-sursat aşkarlanıb. Globall.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Oxunub: 55
Xəbəri paylaş
Paylaş: