“Növbəti görüş müzakirə edilir”
"Ermənistan və Azərbaycan liderlərinin görüşü məsələsi müzakirə edilir".
Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb.
"Bu, mütəmadi olaraq müzakirə edilən məsələdir. Mən deyə bilmərəm ki, belə müzakirələr yoxdur", - deyə o qeyd edib.
Bununla belə, Qriqoryan görüşlə bağlı yekun qərarın hələ olmadığını bildirib: "Hazırda işləyirik, yekun razılaşma olduqda bu barədə məlumat verəcəyik".
Xatırladaq ki, fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: