Kəmaləddin Heydərova yeni müavin təyin edildi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib. Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə general-mayor Adil Abdullayev gətirilib. Məlumat FHN-dən saytımıza təsdiq edilib. Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: