Putinin iştahı güclüdür: Ukraynadan sonra bu ölkələrdir!
Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir. Globall.az axar.az-a istinadən bildirir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib. O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir: "Moldova, yaxud Baltikyanı ölkələr - Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan... Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir", - Klark bildirib. General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir. Klarkın fikrincə, dünyanın və Ukraynanın əsas vəzifəsi Putinə qalib olduğunu yox, uduzduğunu göstərməkdir.
Oxunub: 75
Xəbəri paylaş
Paylaş: