Rusiyadan daha 250 Azərbaycan vətəndaşı Vətənə gətirilib
Rusiya Federasiyasında olan daha 250 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycana keçiblər.
Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar.
Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür./report
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: