Novruz çərşənbələri ilə bağlı əhaliyə
ÇAĞIRIŞ
Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib. Globall.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən, tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda acı fəsadlara yol açır. "Odur ki, qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına çağırır: - bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı; - tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı; - tonqal üzərindən atılarkən ehtiyatlı olmalı; - tonqal tam sönənədək nəzarətdə saxlanılmalı; - süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır".