Jurnalistin anasının ölümü ilə bağlı araşdırma aparılır
Jurnalist Fərahim İlqaroğlunun anasının klinikada ölməsi ilə bağlı araşdırma aparılır. Globall.az Milli.az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən "Stimul Hospital"da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Fərahim İlqaroğlu anasının həkim səhlənkarlığı səbəbindən öldüyünü iddia edir. O, hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət etdiyini bildirib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş: