Mişeldən məktub: AB-də islahatlara hazırlıq...
Martın 21-22-də keçiriləcək Avropa Birliyinin dövlət başçılarının sammitində AB islahatları müzakirə olunacaq.
Globall.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sammit iştirakçılarına məktubunda bildirib.
"Biz həm AB-nin, həm də gələcək üzv dövlətlərin genişlənməyə hazır olmasını təmin etmək üçün bu iki yolun paralel olaraq davam etdirilməli olduğunu başa düşərək, yeni genişlənmə və AB islahatlarına hazırlıqları nəzərdən keçirəcəyik", - Mişel qeyd edib.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş: