Naxçıvanda birmərtəbəli ev yandı
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yanğın baş verib. Globall.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş: