Türkiyədə dövlət qurumlarının FETÖ ilə əlaqələri üzə çıxdı - Həbslər var

Araşdırmanın nəticəsi olaraq terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən Hərbi Hava Qüvvələrinin 11, Jandarmanın 36, TÜBİTAK-ın isə 19 əməkdaşının saxlanılmasına qərar verilib.
Onların əksəriyyəti artıq nəzarət altına alınıb.
Bundan əlavə, 2013-cü ildə Türkiyədə İnzibati Məhkəmə əməkdaşlarının işə götürülməsi istiqamətində keçirilən imtahanın suallarının terror təşkilatına ötürülməsində şübhəli bilinən 20 nəfərin saxlanılmasına qərar verilib. Onlardan üçü keçmiş hakimdir(azərtac).
Oxunub: 462
Xəbəri paylaş
Paylaş: