Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • ABŞ kəşfiyyatı: Rusiya və İran ABŞ-dakı seçkilərin nəticələrinə təsir etməyə çalışıb
  • MDB missiyasından Paşinyanın qələbəsi ilə bağlı ilk bəyanat: "...Seçki Məcəlləsinə uyğun keçirilib"
  • Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
  • Seçkidə iştirak etməyəcəklər...
  • Bayden həlledici 16 səsi qazandı - Demokrat namizəd Corciya ştatında qalib gəlib
  • ABŞ-da seçki ili: ideoloji qütbləşmə iğtişaşa çevrilə bilərmi?

    • Tarix: 22-03-2024, 14:43

    Bu ilin noyabrında amerikalılar 60-cı dəfə ölkə prezidentini müəyyənləşdirmək məqsədilə seçki məntəqələrinə üz tutacaqlar. Gərgin və bahalı kampaniyalardan sonra qalib olmağı bacarmış namizəd növbəti 4 il müddətinə Ağ Evin sükanını alacaq. Lakin seçki öncəsi diqqət çəkən əsas məqamlardan biri kampaniyalar zamanı tərəfdar toplamaq məqsədilə səsləndirilən iddiaların və ittihamların eyni zamanda cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirməsidir.

    Amerikalıları maraqlandıran müəyyən həssas mövzuların budəfəki seçkilərin nəticəsinə həlledici təsir göstərməsi gözlənilir. Bura xüsusilə də qadınların abort hüququ, miqrant axını, inflyasiya kimi məsələlərin daxil olduğu bildirilir. Həm respublikaçılar, həm də demokratların bu mövzuları seçki kampaniyasının gündəmində saxlaması və bir-birinə zidd açıqlamalar, vədlər verməsi ölkədə qütbləşməni dərinləşdirən faktora çevrilib. Vaşinqtonda fəaliyyət göstərən Amerikan Universitetinin professoru Devid Barker APA-nın ABŞ-a ezam olunmuş müxbirinə açıqlamasında bildirib ki, qütbləşmənin davam etdikcə Kapitoliya hücuma bənzər siyasi zorakılıq hallarının baş verməsi ehtimalı qalacaq:

    "Bizim demokratiyamızın bu gün üzləşdiyi ən böyük çağırış demokratlar və respublikaçılar arasında gördüyümüz qütbləşmədir. Bu qütbləşmə ideoloji və ya problemə əsaslanan olmaqdan daha çox, demokratlar və respublikaçıların mədəni və ya zövqlə bağlı məsələlərə, sosial mənsubiyyətə görə bir-birilərini getdikcə daha çox alçaltmalarından qaynaqlanır. Bu təhdiddir və hiper-qütbləşməyə gətirib çıxarır"

    Devid Barker: "Sorğular hər iki partiyanın tərəfdarlarının siyasi zorakılığa meylli olduğunu göstərir".

    Professorun sözlərinə görə, siyasi zorakılığa meyl daha çox Respublikaçılarda özünü göstərsə də, sorğular Demokratların da Donald Tramp qalib gələcəyi təqdirdə zorakılığı adekvat hesab etdiyini göstərib:

    "Bu hal daha çox respublikaçılar tərəfdən müşahidə olunur, lakin sorğular demokratların da qarşı tərəfi alçaltdığını göstərir. Onlar da əks tərəf seçkilərdə qalib gələcəyi təqdirdə zorakılığa əl atmağın adekvat olduğunu deyirlər. Biz bunun bir versiyasını 6 yanvar 2021-ci ildə Trampın respublikaçı tərəfdarlarının Kapitoliyə hücumu zamanı görmüşdük. Bu ABŞ tarixində ilk dəfə baş verirdi. 2020-ci ilin oktyabrında, seçkilərdən cəmi bir ay əvvəl aparılmış sorğular onu göstərdi ki, demokratların da təxminən 20 faizi Tramp seçkilərdə qalib gələcəyi təqdirdə zorakılığa əl atmağın uyğun davranış olduğu qənaətində olublar. Beləliklə, hiper-qütbləşmə böyük problemdir və qanunsuz davranışlarla nəticələnir", - professor Barker deyib.

    Şimali Karolina Dövlət Universitetinin Professoru Stiven Qrin isə qütbləşmənin ABŞ demokratiyası üçün aşındırıcı olduğunu deyir. O da qütbləşmənin real problemlərdən daha çox tərəflərin bir-birinə nifrətindən qaynaqlandığını düşünür:

    Stiven Qrin: "Problem traybalizmdir".

    "Qütbləşmə respublikaçılarla demokratların vergilər, miqrasiya, ətraf mühit, abort hüququ ilə bağlı fərqli fikirlərdə olmasından qaynaqlanmır. Problem politoloqların affektiv qütbləşmə və ya neqativ qütbləşmə, traybalizm adlandırdığı fenomendir. Bu, o deməkdir ki, biz sadəcə olaraq bir-birimizə nifrət edirik. Bu vəziyyət "biz və digərləri" halına çevrilib və əgər demokratsansa respublikaçılar pisdir, respublikaçısansa demokratlar pisdir. Artıq o məntiq azalıb ki, məsələn, "biz öz aramızda razılaşmasaq da eyni ölkənin, hökumətin vətəndaşlarıyıq və ən azından bir araya gəlib nələrsə edə bilərik". Biz artıq o hala keçmişik ki, digər siyasi partiya biz müxalif olmaqdan çox düşməndir. Bu toksikdir və demokratiya üçün aşındırıcıdır".

    Professorun fikrincə hazırda ABŞ-da qütbləşmənin ifrat həddə çatmasında sabiq Prezident Donald Tramp xüsusi rol oynayır və bu problemin miqyası onun siyasət səhnəsindən çəkilməsindən sonra nisbətən azala bilər:

    Stiven Qrin: "Trampdan sonra qütbləşmə bitməyəcək, amma azalacaq".

    "Düşünürəm ki, Donal Tramp qütbləşməni bəsləyir. Mən uzun illərdir ki, bu məsələni öz dərslərimdə müzakirə edirəm. Qütbləşmə bu illər ərzində getdikcə daha da dərinləşir. Tələbələrimə hər zaman verdiyim bir sual budur ki, biz bu vəziyyəti necə daha yaxşı edə bilərik. Hazırkı məqamda heç kimin buna cavabı yoxdur... Donald Tramp qütbləşdirmə baxımından unikal fiqurdur və mən deyərdim ki, o Amerika siyasəti üçün də son dərəcə toksikdir. Lakin Donald Trampın siyasət səhnəsindən çəkilməsindən sonra qütbləşmənin başa çatacağını və hamının yaxşı yola gedəcəyini də düşünmürəm. Çünki bu problem 2015-ci ildə Donald Tramp hələ siyasi fiqur olmazdan əvvəl də var idi. Amma düşünürəm ki, o, qütbləşmənin hazırkı ifrat səviyyəyə qalxmasına unikal töhfə verib. Beləliklə qütbləşmə açkar bir həlli olmayan problemdir və Donald Tramp siyasətdən getdikdən sonra da bizim problemimiz olacaq, lakin indiki qədər pis olmayacaq", - professor Qrin deyir.

    Ağ Evin qarşısında sloqan: "Həmfikir olmadığınız üçün bir-birinizə nifrət etməyə son verin..."

    ABŞ-da qütbləşmə probleminin səbəb olduğu potensial risklər xüsusilə də seçkilər ətrafında özünü göstərir. Ölkədə ictimai gərginliyi artıran əsas məsələlərdən biri də məhz respublikaçıların seçkilərin saxtalaşdırılmasına dair iddialarıdır. Xüsusilə də Donald Trampın 2020-ci il seçkilərində məğlub olmasını qəbul etməməsinin seçki sistemi ilə bağlı şübhələri təşviq etdiyi müşahidə edilir. Respublikaçılar bu gün də seçkilərin nəticələrinin oğurlandığını iddia edirlər. Ekspertlərin fikrincə bu iddialar seçkilərə bağlı etimadı sarsıdır, eyni zamanda dezinformasiya və feyk xəbərlərin daha geniş vüsət almasına imkan yaradır.

    "Common Cause North Carolina" təşkilatının proqram direktoru En Ueb deyir ki, məhkəmələr respublikaçıların iddialarının həqiqəti əks etdirməsinə dair heç bir sübut tapmayıb, lakin bu fikirlərin səsləndirilməsi belə demokratiyaya olan etimadı sarsıdıb.

    "Donald Trampın 2020-ci il seçkilərini qazanması və nəhəng seçici saxtakarlığının olması ideyası həqiqəti əks etdirmir. Məhkəmələrdə həm respublikaçılar, həm də demokratlar tərəfindən təyin edilmiş hakimlər heç bir sübut tapmayıblar. Lakin bütün bunlar seçicilərlə işləyən və onları səs verməyə təşviq edən QHT-lər üçün böyük problemdir. Həmçinin bu bizim demokratiyamıza olan etimadı baltalayıb. Bununla belə bizim ştatımızda keçirilən sorğular seçicilərin hələ də böyük əksəriyyətinin seçkilərin dəqiq olduğuna inandığını göstərir".

    EN Ueb: "Qütbləşmə seçkilərə inamı sarsıdır".

    Nəticələrin saxtalaşdırılmasına dair iddialar 2020-ci ilin 6 yanvarında Kapitoliyə hücumun əsas motivi olmaqla yanaşı bu sahədə çalışan məmurları da hədəfə çevirib. Seçki İnnovasiya və Araşdırma Mərkəzinin təsisçisi Devid Beker seçkilərlə bağlı dezinformasiya yaymağın artıq ABŞ-da bir çoxları üçün gəlirli bir peşəyə olduğunu, ianə kampaniyalarının əsas mövzularından birinə çevrildiyini deyir.

    "Bu yalanlar ölkə ərazisində seçki rəsmilərinə hücumlarla, Kapitoliyə hücumla nəticələndi. Seçkilərin inteqrasiyası ilə bağlı mənfi siyasətə səbəb oldu. Bəzi ştatlar artıq elektron qeydiyyat informasiya mərkəzindən geri çəkiliblər ki, bu da onların seçici siyahılarını daha az dəqiq edir. Bu isə o deməkdir ki, orada daha çox problem yaranacaq. Keçmiş prezidentin bir çox müttəfiqləri fəal şəkildə seçki sistemimizin qoruyucu mexanizmlərini ləğv edirlər ki, beləcə daha çox xaos yaransın və daha çox ianə toplamaq fürsəti olsun. Ötən bir neçə il ərazində seçkilərlə bağlı yalanlar yayan insanlar bir milyard dollardan çox vəsait əldə ediblər", - deyə Beker bildirib.

    Devid Berker: "Dezinformasiya yaymaq gəlirli peşəyə çevrilib".

    Carnegie Beynəlxalq Sülh Fondunun 2023-cü ildə apardığı araşdırmanın nəticələrinə görə, ABŞ-da Demokratlar partiyası ideoloji olaraq sola, Respublikaçılar isə sağa yönəlib və hər iki partiya öz inanclarında sabitdir. Araşdırmaya görə, amerikalıların böyük əksəriyyəti siyasət barədə çox düşünmür və güclü ideoloji baxışlara malik deyillər, lakin siyasi kampaniyalar kimlik duyğularını tətikləyir. Araşdırmanın nəticələrinə görə, ABŞ-da gənclərlə müqayisədə yaşlı amerikalılar qütbləşməyə daha çox meyllidirlər və qütbləşmə ABŞ-da digər Qərb demokratiyaları ilə müqayisədə daha sürətlə baş verir. Bundan başqa ABŞ-da həm medianın, həm də sosial medianın ideoloji və affektiv qütbləşmədə rol oynadığı ehtimal olunur. Diqqət çəkən məqamlardan biri kabel televiziyalarının və radio verilişlərinin sosial media ilə müqayisədə qütbləşməyə daha çox xidmət etməsidir.

    Ekspertlərin fikrincə narahatlıq doğuran məsələlərlə bağlı kompromis əldə etmək mümkündür, lakin onların siyasi gündəmdə manipulyasiya alətinə çevrilməsi həlli gecikdirir. Ümumiyyətlə, budəfəki seçkilərdə gənc qadınların abort hüququnun qorunması məqsədilə Demokratları dəstəkləməsi gözlənilir. Bayden administrasiyasının əleyhinə olan inflyasiya məsələsinin isə bu ilin yayından etibarən həllini tapması gözlənilir. Ekspertlərin fikrincə, sıravi amerikalıları xarici siyasət məsələləri bir çox hallarda maraqlandırmır. İctimai maraq baxımından Ukraynada müharibə isə İsrailin Qəzzaya hücumu ilə əvəz olunub.


    Oxunub: 57
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.