Bir nömrəli “qanuni oğru” bu tarixdə azadlığa buraxılacaq
Bir nömrəli "Qanun oğru" Şakro Molodoyu şərti azadlığa buraxmaq qərarına gəlmələrinin ilkin səbəbi onun görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsidir.
Globall.az lent.az-a istinadən xəbər verir ki, 71 yaşlı Zaxari Kalaşov 2019-cu ildə zorakılıq tətbiq edərək pul tələb etdiyi üçün Ust-Labinskdəki həbsxanaya göndərilib.
Məhkəmə onun barəsində 9 il 10 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Son vaxtlar o, demək olar ki, kor olub.
Martın 13-də məhkəmə onun səhhətinə görə şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Şakro martın 28-də azadlığa buraxılmalıdır.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: