Mer və müavininin maşından meyitləri tapıldı
Ekvador tarixinin ən gənc meri Bricit Qarsiya və onun işçisi qətlə yetirilib. Globall.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib. Məlumata əsasən, San-Visente şəhərinin 27 yaşlı merinin və merin kommunikasiya məsələləri üzrə direktorunun meyiti avtomobildə aşkarlanıb. Polis hər iki şəxsin güllələnərək öldürüldüyünü açıqlayıb. Yerli media Qarsiyanın əvvəllər təhdid edilmədiyini yazır. Bricit Qarsiya ötən ilin oktyabr ayında mer vəzifəsinə namizədliyini irəli sürmüş və 8 namizəd arasından qalib seçilmişdi.
Oxunub: 44
Xəbəri paylaş
Paylaş: