Londonda fermerlər mitinq keçirdi
Böyük Britaniya fermerləri İngiltərə paytaxtının mərkəzi küçələrində 150-dən çox kənd təsərrüfatı avadanlığı yığaraq, aqrar məhsulların ucuz idxalına qarşı etiraz aksiyası keçiriblər. Globall.az report-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" qəzeti məlumat yayıb. Qeyd edilir ki, 150-dən çox fermer texnikası ilə Vestminsterin (Londonun mərkəzi-red) gördüyü ən səs-küylü etiraz aksiyalarından birini təşkil edib. Qəzetin yazdığına görə, fermerlərin narazılığına səbəb ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı olmasıdır ki, bu da yerli biznesə "fəlakətli təsir" göstərir.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: