ABŞ-ın yeddi ştatında rekord sayda yoluxma qeydə alınıb
ABŞ-ın Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Tennesse ştatlarında iyun ayının 23-də pandemiya başlayandan indiyədək yeni koronavirusa yoluxanların ən böyük sayı qeydə alınıb.
“Report” xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatlarına görə, ötən gün Texasda 5 489, Kaliforniyada 5 019, Arizonada 3 591, Arkanzasda 595, Cənubi Karolinada 890, Şimali Karolinada 848, Tennessedə 750 yoluxma baş verib.
Həmçinin ABŞ-ın 33 ştatı və ərazisində ötən həftə ən yüksək orta yoluxma rəqəmləri açıqlanıb.
Bundan əvvəl Arizona, Texas, Oklahoma, Tennesse, Florida ştatlarında gündəlik rekord yoluxma qeydə alınmışdı.

Oxunub: 365
Xəbəri paylaş
Paylaş: