Qubadlıda sursat aşkarlandı -
FOTO
Qubadlı rayonunda sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş: