Xəstəxananın həyətindən 33-36 həftəlik döl tapıldı - prokurorluq araşdırma aparır
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
Globall.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
Oxunub: 46
Xəbəri paylaş
Paylaş: